Dünya çempionatında qrup mərhələsi çərçivəsində bu gün daha 3 qarşılaşma keçiriləcək.
C qrupunda Kolumbiya Fil Dişi Sahili yığmasını sınağa çəkəcək. Liderlərin görüşü Bak vaxtı ilə saat 21:00-da başlayacaq.
Qrupun digər oyunun Yaponiya və Yunanıstan komandaları üz-üzə gələcək. Həmin matçın start fiti Bakı vaxtı ilə saat 03:00-da veriləcək.
D qrupunda bir qarşılaşma keçiriləcək ki, burada da Uruqvay və İngiltərə yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.
|
D qrupu
00:00. Uruqvay - İngiltərə (iyunun 19-dan 20-nə keçən gecə)