Zeynal Əmrəliyev
***
Aleksey Navalnı həbsxanada öldü.
Navalnı Putinin ən böyük düşməni sayılırdı. Şübhəsiz ki, onun ölümündə ilk ağla gələn, həmçinin elə ən güclü versiya onun məhz Kreml tərəfindən aradan götürülməlidir. Boris Nemtsov, Anna Politkovskya, Aleksandr Litvinenko, Yevgeni Piqojin və başqaları. Putin özünə qarşı çıxan heç kəsi bağışlamadı. Mixail Xodorkovski və onun ətrafınıda, öz hakimiyyətinə təhlükə gördüyü Yeltsin dövründən qalma milyarder korpusunu da məhv etdi, daha təhlükəsili fiqurları isə fiziki cəhətdən aradan götürdü.
Bəs Navalnını bu qədər təhlükəli edən nə idi?
Təbii ki, onun müxalifət lideri kimi fəaliyyəti deyildi təkcə. Navalnı indiki iqtidar içində bir çoxlarının ümid qaynağı idi. Onunla bəzi iri məmurların danışıqlara getdiyi barədə məlumatlar da var idi. Həqiqətəndə də Kremldə bəzən Putini Navalnı ilə əvəz etmək barədə müzakirələrin getdiyi barədə mediaya məlumatlar sızırdı.
Navalini Putin üçün təhlükəli edən onunda Putin kimi radikal vətənpərvər çıxışlar etməsi idi. Məsələn, Navalnı Krımın işğalına tam dəstək verən bir siyasətçi idi. Onun xalq, xüsusilə rus gəncləri arasında hörməti çox böyük idi. Martdakı seçkilər Vladimir Putinin sonuncu seçkisi ola bilər. Ehtimal ki, Putin bu müddətdə öz varisini hazırlamaqla məşğul olacaq. Putin hakimiyyəti öz sağlığında, özünün nəzarəti altında təhvil vermək istəmir. Navalnı sistemdən kənar adam idi və Putin rejimi üçün böyük təhlükə idi.
Bəlkə də sistemin içində olsaydı, Putinin xələfi olmağa ən layiqli namizəd elə Navalnı olardı.
Navalnı və Putini düşmən edən ən böyük səbəb Navalinin indiki sistemi devirmək istəməsi idi. Navalnı təkcə Putini yox, hazırda mövcud olan sistemi yıxmaq istəyirdi. Putin və komandası üçün onun məhvi buna görə labüd idi. Navalnı sıradan çıxarmaqla Putin bir daha Rusiyada sıradan belə olsa siyasi yumşalmaya, hansısa müxalif çıxışa imkan verməyəcəyini göstərdi.
Martdakı seçkidən sonra Rusiya var gücü ilə Ukraynada əməliyyatları genişləndirəcək. Putin heç bir halda daxildə müxalif səs istəmir. Həm də bu 6 ildə varis məsələsi həllini tapmalıdır. Müxalifətin başı beləcə kəsilib atıldı. Rusiya müxalifəti toparlanıb özünə yeni lider tapmalıdır. Navalnı Putinizmi yıxmaq yolunda növbəti qurban oldu. Böyük hədəflər qət etdi, ancaq Kremlin divarlarını aşa bilmədi.
MİA.AZ