AFFA bəzi klubları cəzalandırıb.

Mia.az xəbər verir ki, klublara ümumilikdə 5100 manat cərimə kəsilib.

“Kəpəz” – “Səbail” matçında 6 futbolçusu sarı vərəqə aldığına görə meydan sahibləri 700 manat cərimə edilib. Qarşılaşmanın fasiləsində “Kəpəz”in futbolçusu Vurğun Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubunu daha 500 manat ziyana salıb. "Səbail” isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

“Araz-Naxçıvan” – “Neftçi” görüşünün fasiləsində meydan sahiblərinin məşqçisi Vadar Nuriyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1500 manat cərimə olunub. Paytaxt təmsilçisi isə 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə ödəyəcək.

“Neftçi” həmçinin oyunun 90+3-cü dəqiqəsində azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi üçün 1000 manat cərimə edilib.