Türkiyədə başda İstanbul olmaqla 6 şəhərdə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı növbəti əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul Polis İdarəsi məlumat yayıb.
Bildirlib ki, Terrorla Mübarizə Şöbə Müdirliyi tərəfindən həyata keçirilən əməliyyatla 2012-ci ildə hakim və prokurorluğa namizəd olmağa hazırlaşan, təşkilatın tərəfdarı olan və müxtəlif universitetlərin hüquq fakültələrini bitirmiş şəxslərə imtahan sualların ötürən FETÖ mənsubları saxlanılıblar.
Əməliyyat zamanı 5-i İstanbulda olmaqla, 10 şübhəli saxlanılıb: "İstintaq tədbirləri davam edir".
Tahir Şəlvəli
MİA.AZ