Türkiyədə cinayətkar mafiya təşkilatlkarına qarşı amansız mübarizə davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
Nazir bildirib ki, başda İstanbul və İzmir olmaqla 9 şəhərdə eyni vaxtda geniş əməliyyat keçirilib: ""Kafes-41” adlə əməliyyatları ilə iki mütəşəkkil cinayət təşkilatı çökdürülüb. İzmirdə kriminal təşıkilata başçılıq edən və qırmızı xətlə axtarışda olan Beratcan Gökdemir və İstanbulda krimanal qruplaşmaya liderlik edən, eyni zamanda, beynəlxalq axtarışda olan Ferhat Delen başda olmaqla, ümumilikdə 61 şübhəli tutulub".
Nazir qeyd edib ki, saxlanılanların məkan və üstlərində axtarış zamanı 37 sənədsiz tapança, 5 ov tüfəngi və 3 polad jilet aşkarlanıb.
Nazir onların qətl, qəsdən adam öldürməyə cəhd, qəsdən yaralama və çoxlu silahlı qarşıdurma, soyğunçuluq ittihamları iıə yarğılandığını vurğulayıb.
Tahir Şəlvəli
MİA.AZ