UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununda "Qarabağ" səfərdə möhtəşəm qələbə qazanıb.
Mia.az xəbər verir ki, komandamız Portuqaliyada "Braqa"ya 4:2 hesabı ilə qalib gəlib.
"Qarabağ"ın qollarını 21-ci dəqiqədə penaltidən Marko Yankoviç, 54 və 69-cu dəqiqələrdə Abdullah Zubir, 65-ci dəqiqədə Olavio Juninyo vurub. "Braqa"nın qollarına isə 44-cü dəqiqədə Simon Banza, 90+1-ci dəqiqədə isə penaltidən Joau Moutinyu imza atıblar.
Beləlklə, komandamız fevralın 22-də doğma meydanındakı xavab oyununa rahat çıxacaq.
Fərid
MİA.AZ