UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda bu gün "Qalatasaray" Çexiya təmsilçisi "Sparta Praqa"nı İstanbulda qəbul edib.

Mia.az Türkiyə istinadla xəbər verir ki, ispaniyalı hakim Alejandro Hernandezin idarə etdiyi oyundan "Qalatasaray" 3:2 hesabı ilə qalib gəlib.

 "Qalatasaray"ın qollarını 19-cu dəqiqədə Kerem Dəmirbay vurub.

"Sparta Praqa" 47-ci dəqiqədə Angelo Preciadonun qolu ilə hesaba tarazlıq gətirib - 1:1.

61-ci dəqiqədə Ladislav Krejçi avtoqolla "Qalatasaray"ı yenidən önə çıxarıb - 2:1.

Bu qoldan cəmi bir dəqiqə sonra "Qalatasaray"ın danimarkalı müdafiəçisi Viktor Nelssonqırmızı vərəqə ilə meydandan qovulub.

65-ci dəqiqədə çexiyalı Yan Kuşta hesabı bərabərləşdirib - 2:2

"Sparta Praqa"da Matey Rayns 80-ci dəqiqədə ikinci sarı vərəqə ilə oyundan kənarlaşdırılıb.

90+1-də isı "Qalatasaray"ın argentinalı ulduzu mükəmməl qolla qələbəni rəsmiləşdirib - 3:2.

Beləliklə, İstanbul klubu fevralın 22-dəki cavab oyununa üstün hesabla yolanacaq.

Fərid ASLAN

Mia.az