""Qalatasaray"la oyunu qazanmaq istəyirik"

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri "MKE Ankaragücü" komandasının baş məşqçisi Emre Belözoğlu fevralın 18-də "Qalatasaray"a qarşı oynayacaqları matçla bağlı müsahibəsində deyib.

O etiraf edib ki, çox çətin oyun olacaq: "Əlbəttə, asan matç deyil, lakin biz "Qalatasaray" matçını final oyunu kimi qəbul edərək, qazanmaq üçün mübarizə aparacağıq".

Belözoğlu bildirib ki, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk onun üçün hər zaman dəyərli insan olub: "Amma işimi yerinə yetirməyə və tələb olunanı etməyə gəlincə, o, bilir ki, rəqibim kim olursa olsun, mən heç vaxt düşünmədən bunu etməyə çalışmam. Okan hoca həm də iddialı və yüksək motivasiyalı insandır. Zamanında birlikdə top oynadıq. O, indi klubunun uğuru üçün hər şeyi edir. Mən öz klubumun uğuru üçün hər şeyi edirəm. Bu gün "Ankaragücü"nün uğuru mənim üçün hər şeydən önəmlidir".

Xatırladaq ki, "MKE Ankaragücü" - "Qalatasaray" oyunu 18 fevral, saat 20.00-da Ankarada keçiriləcək.

Fərid

Mia.az