"Qalatasaray"ın heyətinə yeni qatılan Fil Dişi Sahilli futbolçu Serj Aurier klubun telekanalına müsahibə verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Qalatasaray" keçidindən qürur duyduğunu deyib:

"Burada oynamaq mənim üçün böyük şərəfdir. Afrika Millətlər Kuboku davam edərkən sosial mediada azarkeşlərdən çoxlu mesajlar aldım. Görüşmək üçün səbirsizlənirəm. Çox köklü bir kluba gəlmişəm, "Qalatasaray"ın çox böyük azarkeş kütləsi var. Əvvəllər də burada oynamış fil dişli dostlarım var və onlarla söhbət etdim. Burada oynamaq mənim üçün böyük qürurdur".

Fərid Aslan

MİA.AZ