İstanbulda eyni vaxtda keçirilən “Qəfəs-40” əməliyyatlar çərçivəsində daha 3 mütəşəkkil cinayət qrupu çökdürülüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açıqlama verib.

Nazir bildirib ki, Emre Özcan, Önder Küçük və Sergen Solakın lideri olduğu 3 mafiyaya qarşçı uöurlu əməliyyat keçirilib: "Təşkilat liderləri ilə yanaşı, ümumilikdə 24 nəfər qandallanıb".

Nazirin sözlərinə görə, onların cinayət törətmək məqsədilə təşkilat yaratmaq, qəsdən adam öldürmə, qəsdən yaralama, talama, silahla hədələmə, əmlaka zərər vurma, iş yerlərini, yaşayış məntəqələrini və nəqliyyat vasitələrini atəşə tutma, iş adamlarından hədə-qorxu ilə pul tələb etmə və sair cinayətlərdə ittiham olunurlar: "Hər kəs bilsin ki, belə cinayətkar təşkilatlara göz açdırmayacağıq".

Lamiyə Əhmədli

MİA.AZ