44 yaşlı amerikalı sosial media fenomeni Niko Honarbaxş Meksikada öldürülüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, restorana gedən amerikalı fenomen təsadüfən orada narkotik alveri ilə məşğul olan iki qrup arasında baş verən atışmanın ortasında qalıb.
Məlumata görə, bu zaman güllələrdən biri fenomenin başına tuş gəlib və o, elə hadisə yerindəcə ölüb.
Xəbərdə o da deyilir ki, atıışma zamanı 3 mafiya üzvü də öldürülüb, xeyli yaralı var.
Ləman
MİA.AZ