Kürdəmir şəhər sakini Nurlan Cəbrayılovun Sabirabad rayonu ərazisində iş zamanı yanıq xəsarətləri alması və sonuncunun aldığı xəsarətlərdən ötən il iyun ayının 20-si tarixində ölməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Sabirabad Rayon Prokurorluğundan Mia.az-a bildirilib ki, istintaqla Türkiyə Respublikası vətəndaşı Bilgi Atıf Niyazi oğlunun “Humix” MMC-nin Sabirabad rayonu ərazisində yerləşən müəssisəsində texnoloq-qablaşdırma vəzifəsində işləyərkən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan həmin müəssisədə mühafizəçi işləmiş Nurlan Cəbrayılovun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlara əsasən Bilgi Atıf Niyazi oğlu Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Sabirabad rayon məhkəməsinə göndərilib.