"Bu da son. "Space TV" ilə bağlı məhkəmə prosesi bitti. Kaş ki, bunlar yaşanmazdı, insanın ayağının altını qazıb pislik edənlər olmazdı və hər kəs öz işi ilə məşğul olmağı öyrənərdi. Kaş ki, kişi kimi adamın üzünə səninlə bağlı verəcəkləri qərarları deyən olardı və arxadan iş cevirməzdilər. Allah heç kimi utandırmasın".

Mia.az xəbər verir ki, bu sözləri “Space” TV-dən qanunsuz uzaqlaşdırılan aparıcı Zamirə Dadaşova sosial media hesabında yazıb.

O daha sonra qeyd edib ki, Allah heç kimin başını əyməsin: 

"Allah heç kimi gülünc vəziyyətə salmasın. Əslində, insanın düşməni özüdür. Nə edirsə, özü özünə edir. Bu gün özümü xoşbəxt hiss edirəm. Çünki bu mübarizədə başı dik, qürurlu, sağlam mübarizə aparan mən oldum. Atdıqları ləkə mənə yapışmadı. Geri döndü. Çox şey edərdim. İşdən çıxmağımla bağlı əlimdə iki əmr var. Mənə bildiriş göndərməkləri ilə bağlı qəbzin əsli tapılmır. Vəkilin sorğularına rəğmən o qəbz tapılmadı. Çünki bildiriş göndərməyiblər. Məhkəməyə isə qəbz təqdim olunub. Qeyri-iş günü işə gəlməməyimlə bağlı akt tərtib ediblər və məni ona əsasən işdən çıxarıblarmış. Qurban olsunlar Sənubər xanıma. Tanımasam da, məhkəmədə düşdüyü duruma, suallara verdiyi cavablarında düşdüyü vəziyyətə görə o qadına acıdım. O da özü günahkardır. Kaş ki, etdiklərini etməzdi. İşdən gedərdi, amma bir qadına bu qədər saxta oyun qurmazdı.

Batdıqca batdılar. Allah hər kəsin günahını bağışlasın. Mən hər günahı bağışlaya bilmirəm. Düşünürəm ki, mən bağışlamasam, Allah da bağışlamaz. Məşhur bir filmimizdəki sualı sizə verirəm. İndi siz deyin, onu bağışlamaq olarmı? Və sorğu..."Space TV"də işə davam, yoxsa tamam?”.

Ləman

MİA.AZ