2022-ci ildə futbolçu karyerasını başa vuran 28 yaşlı keçmiş italiyalı futbolçu Covanni Padovaniyə ömürlük həbs cəzası kəsilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, 2022-ci il avqustun 23-də 56 yaşlı keçmiş sevgilisini vəhşicəsinə qətlə yetirməkdə ittiham olunub.

Məlumata görə, İtaliyanın şimalındakı Bolonyada baş verən hadisədə Matteuzzi Padovani "lopatka" ilə döyülərək amansızlıqla öldürülüb.

Həmin vaxt istintaq qətlin keçmiş futbolçu tərəfindən törədildiyini aşkarlayıb.

Dünən Covanni Padovaninin məhkəməsi üzrə son iclas keçirilib. Hakim Padovani ömürlük həbs cəzasına məhkum olunması barədə hökm çıxarıb.

Fərid

MİA.AZ