Sumqayıtda 48 yaşlı şəxsin qətli ilə bağlı cinayət işi başlanıb.
Mia.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğu məlumat yayıb.
Məlumata görə, Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Rüfət Abdullayevin üzərində xəsarət izləri olan meyiti Bakı-Quba magistral yolunun kənarında aşkarlanıb.
Aparılan araşdırma zamanı Rüfət Abdullayevin aralarında yaranmış mübahisə zamanı 1993-cü il təvəllüdlü Habil Qonşəliyev tərəfindən yumruq və təpiklə yetirilmiş xəsarətlər nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanıb, Habil Qonşəliyev iş üzrə prokurorluğun qərarı ilə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
***
Sumqayıt şəhərində 4 gün öncə itkin düşən kişinin meyiti tapılıb.
Mia.az xəbər verir ki, meyit Ceyranbatan bağlar ərazisində aşkarlanıb.
1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğluna məxsus meyit aidiyyəti üzrə təhvil verilib. Onun öldürüldüyü ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır(Report).