Türkiyənin Adana Böyükşəhər Bələdiyyəsində qan tökülüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bələdiyyənin aparat rəhbərinin müavini Səməd Güdük iş otağında naməlum şəxs tərəfindən güllələnib.
Məlumata görə, 3 güllə sıxılaraq ağır yaralanan Səməd Güdük xəstəxanaya çatdırılıb: "Vəziyyəti ağırdır. Hazırda hadisə ilə bağlı araşdırma aparılır".
Samir Musayev
MİA.AZ