Türkiyəli məşhur məşqçi Fatih Terimin sükanı arxasında olduğu Yunanıstanın "Panatinaikos" komandası səfərdə "Panserraikos"la üz-üzə gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Panatinaikos" oyundan üstün ayrılıb - o:3.
Ferimin komandasının qollarını 8-ci dəqiqədə Benjamin Verbiç, 31-ci dəqiqədə Sebastian Palasios və 90+1 isə Aleksandr Jeremejeff vuurb.
Bu qələbədən sonra xalını 50-yə yüksəldən "Panatinaikos" bir oyun artığı milə ikinci pilləyə yüksəlib. "Panserraikos" isə 23 xalla 8-ci pillədə qərarlaşıb.
Fərid
MİA.AZ