Türkiyə superliqasının 25-ci həftəsində "Fənərbağça" öz meydanında "Korendon Alanyaspor"la qarşılaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hakim Çağdaş Altayın idarə etdiyi qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.
"Alanyaspor"un qollarını 12 və 63-cü dəqiqələrdə Loide Augusto vurub.
"Fənərbağça"nın qollarına isə 49-cu dəqiqədə penaltidən Duşan Tadiç, 59-cu dəqiqədə isə Edin Dzeko imza atıb.
Bu heç-heçə ilə xallarını 64-ə yüksəldən “Fənərbaxça” liderliyini 66 xala sahib olan “Qalatasaray”a qapdırıb.
"Alanyaspor" isə 28 xalla 14-cü pilləyə yüksəlib.
Fərid
MİA.AZ