TRT-nin sabiq rəhbəri, keçmiş dövlət nazir və yazıçı Yılmaz Karaqoyunlu vəfat edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca sosial media hesabında məlumta paylaşıb.
O bildirib ki, 87 yaşlı sabiq nazirin İstanbuldakı evində qəfildən səhhəti pisləşib. O, aparıldığı xəstəxanada vəfat edib: "Məkanı cənnət olsun!".
Xatırladaq ki, 26 aprel 1936-cı ildə İstanbulda anadan olan Yılmaz Karaqoyunlu 2001-ci ildə Bülənt Ecevit hökumətində dövlət naziri və hökumət sözçüsü, TRT, Anadolu Agentliyində rəhbər vəzifələrdə işləyib.
Qaraqoyunlu ədəbi əsərləri ilə də diqqət çəkib. O, "Salkım Hanımın taneləri" romanı ilə 1989-cu ildə Yunus Nadi Roman Mükafatını qazandı. Sonradan bu roman əsasında çəkilən film Antalya Film Festivalında 6 kateqoriya üzrə birincilik qazanmış və ilin ən yaxşı filmi seçilib.
Zülfiyyə
MİA.AZ