Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev Mingəçevirdəki qətllə bağlı açıqlama verib.
Mia.az xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb: "Tir tüfəngi öldürə bilir. Az əvvəl Mingəçevirdə dostlar arasında ehtiyatsızlıqdan baş verən hadisə ölümə səbəb olub".
***
Mingəçevir sakin öldürülüb.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Mia.az-a bildirilib ki, saat 22 radələrində şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. A.Əhmədova tir tüfəngindən atəş açmaqda şübhəli bilinən Sadiq Yusifov saxlanılıb.
Araşdırma aparılır.