"Hatayspor" "Qalatasaray"ın hücumçusu ilə anlaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Hatay klubu "Qalatasaray"ın hücumçusu Halil Dərvişoğlunu heyətinə qatıb.
Məlumata görə, "Hatayspor" "Qalatasaray"dan Halil Dərvişoğlunu icarəyə götürüb: ""Qalatasaray"la müqaviləsi 30 iyun 2027-ci ilə qədər davam edən və "Brentford"dan 500 min avroluq transfer qarşılığında transfer edilən milli futbolçu "sarı-qırmızılı" komandadan hər futbol mövsümü üçün 20 milyon TL qazanır. Razılaçmaya əsasən, indi bu məvacibi Hatay klubu ödəyəcək".
Fərid
MİA.AZ