"Qalatasaray" klubu Almaniyanın "Hannover 96" komandasının müdafiəçisi Derrik Köhnu heyətinə qatıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub futbolçu ilə 2025/2026 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
Şərtə əsasən, onunla 2027/2028 mövsümünün sonuna qədər müqaviləni uzatmaq bəndi var
Klubdan bildirilib ki, müqaviləyə əsasən, futbolçuya 2023/2024 mövsümü üçün 300 min avro, 2024/2025 mövsümü üçün 450 min avro və 2025/2026 mövsümü üçün 500 min avro maaş ödəniləcək: "Qalatasaray" klubu "Hannover 96"ya isə 3 milyon 350 min avro transfer haqqı verib".
Fərid
MİA.AZ