"Beşiktaş" Ziraat Türkiyə Kubokunun 1/8 final mərhələsində ötən axşam "Antalyaspor"la qarşılaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyunda 1:0 hesabı ilə geri düşən "Beşiktaş" Akdeniz komandasını 2:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
"Beşiktaş"a qələbə qazandıran qolları 71 və 88-ci dəqiqələrdə Cekson Muleka vurub.
"Antalyaspor"un yeganə qoluna isə 30-cu dəqiqədə Zymer Bytyqi imza atıb.
Fərid
MİA.AZ