Bu gün Fransanın paytaxtı Parisdə  UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, püşkatma ilə Azərbaycan C Liqasında İsveç, Slovakiya və Estoniya ilə rəqib olub.

B Liqasının 4-cü qrupunda mübarizə aparacaq Türkiyənin bəxtinə isə Uels, İslandiya və Monteneqro yığmaları düşüb.

Beləliklə, qruplar belə müəyyənləşib:

A Liqası

1-ci qrup: Xorvatiya, Portuqaliya, Polşa, Şotlandiya

2-ci qrup: İtaliya, Belçika, Fransa, İsrail

3-cü qrup: Hollandiya, Macarıstan, Almaniya, Bosniya və Herseqovina

4-cü qrup: İspaniya, Danimarka, İsveçrə, Serbiya

B Liqası

1-ci qrup: Çexiya, Ukrayna, Albaniya, Gürcüstan

2-ci qrup: İngiltərə, Finlandiya, İrlandiya Respublikası, Yunanıstan

3-cü qrup: Avstriya, Norveç, Sloveniya, Qazaxıstan

4-cü qrup: Uels, İslandiya, Monteneqro, Türkiyə

C Liqası

1-ci qrup: İsveç, Azərbaycan, Slovakiya, Estoniya

2-ci qrup: Rumıniya, Kosovo, Yunan Kipr, Litva/Cəbəllütariq

3-cü qrup: Lüksemburq, Bolqarıstan, Şimali İrlandiya, Belarus

4-cü qrup: Ermənistan, Farer adaları, Şimali Makedoniya, Latviya

D Liqası

1-ci qrup: Litva/Cəbəllütariq, San Marino, Lixtenşteyn

2-ci qrup: Moldova, Malta, Andorra

Xatırladaq ki, qoşa dövrəli liqa üsulu ilə keçiriləcək matçlardan sonra B liqasında qruplarını birinci yerdə başa vuran komandalar A Liqasına yüksələcəklər. Qruplarında sonuncu yeri tutan komandalar C Liqasına düşəcək.

Liqa mərhələsindən sonra yüksələcək və ya aşağı liqaya düşəcək digər komandaları müəyyən etmək üçün pley-off oyunları keçiriləcək. A Liqasında qruplarını üçüncü yerdə başa vuran komandalar və B Liqasında qruplarını ikinci yerdə başa vuran komandalar; B liqasında qruplarını üçüncü yerdə başa vuran komandalar C liqasında qruplarını ikinci yerdə başa vuran komandalarla heç-heçə ilə qarşılaşacaq.

Onu da qeyd edək ki, qrup mərhələsi 5-10 sentyabr, yarımfinal oyunları 4-5 iyun 2025-ci il tarixlərində, final və üçüncü yer uğrunda görüşlər isə 8 iyun 2025-ci il tarixlərində başlayacaq.

Fərid

MİA.AZ