Türkiyə Super Liqasında çıxış edən "Mondihome Kayserispor" klubu yeni futbolçularla anlaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub prezidenti Ali Çamlı açıqlama verib.
Onun sözlərinə görə, 3 futbolçu ilə müqavilə imzalayıblar: "İtaliyanın "Frozinone" komandasında çıxış edən mərakeşli mərkəz hücumçusu Mehdi Bourabia, Bolqarıstan təmsilçisi "CSKA Sofiya" klubunun haitili forvardı Dukens Nazon və "VavaCars Fatih Karagümrük"ün özbək yarımmüdafiəçi Otabek Şükürovla anlaşdıq. Xeyirli olsun".
Xatırladaq ki, komandanın baş məşqçisi Burak Yılmazdır.
Fərid
MİA.AZ