"Qalatasaray" Almaniyanın "Hannover 96" komandasından futbolçu transfer edib.
Mia.az Türkiyə mətbuatlına istinadla xəbər verir ki, "Qalatasaray" "Hannover 96" komandasında çıxış edən 25 yaşlı sol cinah müdafiəçisi Derrik Köhnu heyətinə qatıb.
Məlumata görə, müdafiəçisi ilə 1.5 illik müqavilə imzalanıb.
Xatırladaq ki, alman futbolçu bu mövsüm "Hannover 96"nın heyətində 21 rəsmi matçda meydana çıxıb. O, 3 qol vurub, 6 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ