"Trabzonspor" ötən gecə Trabzona gətirdiyi belçikalı Tomas Menyeni rəsmən heyətinə qatıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb
Bildirilib ki, azad agent statusunda olan 32 yaşlı sağ cinah müdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb:
"Müqaviləyə əsasən. ona bu mövsümün sonunadək 850 min avro, 2024-2025 futbol mövsümü üçün 1.500.000 avro sabit maaş, o cümlədən 500 min birdəfəlik transfer haqqı ödəniləcək".
Fərid
MİA.AZ