"Mərkəzi qərargahı" Türkiyənin iki şəhərində olan mafiya təşkilatı çökərdilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Elazığ və Konyada eyni vaxtda və ayrı-ayrılıqda həyata keçirilən “Qəfəs-37” əməliyyatları çərçivəsində iki mütəşəkkil cinayət təşkilatına ağır zərbə vurulub.

Bu barədə məlumat verən Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, ümumilikdə 42 nəfər qandallanıb.

Onlar cinayət törətmək məqsədi ilə qanunsuz təşkilat yaratma, talama, girovgötürmə, əmlaka qəsdən zərər vurma, zədələmə, hədə-qorxu, təhqiretmə, narkotik ticarəti, qəsdən adamvurma və sair cinayətlərdə ittiham olunurlar: "Əməliyyatlar zamanı Elazığda Ömər Faruk Bulut və Konyada Engin Yolcunun rəhbərlik etdiyi mütəşəkkil cinayət təşkilatları sıradan çıxarılıb. Bundan əlavə, təşkilatın rəhbərləri də daxil olmaqla, 42 üzvü tutulub. Axtarış zamanı 11 sənədsiz tapança, 8 ov tüfəngi, 3 ov tüfəngi, çoxlu patron və müxtəlif miqdarda narkotik vasitə götürülüb".

Tahir Şəlvəli

MİA.AZ