2023-cü il avqustun 9-da Sevilyadakı bir oteldə 30 yaşlı qadını zorlamaqda ittiham olunan Uilyam Karvalyo ispaniyada məhkəməyə çıxarılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, portuqaliyalı futbolçu təcavüz ittihamı ilə məhkəmədə ifadə verib.
O, haqqındakı şikayəti rədd edib. Bildirib ki, həmin qadını daha əvvəldən tanıyıb və aralarında dəfələrlə razılıq əsasında intim əlaqə olub: "Mən onu zorlamamışam, ona təcavüz etməmişəm. Hər şey qarşılıqlı razılaşma ilə olub...".
İspaniya mətbuatı yazır ki, oteldəki polis və şahidlərin dediyinə görə cinsi təcavüzə dair heç bir dəlil tapılmayıb.
Portuqaliyalı futbolçu ifadəsindən sonra sərbəst buraxılıb. İşə isə xitam verilib.
Xatırladaq ki, son illər İspaniyada futbolçuların qadınlara qarşı zorakılıq halları artıb.
Fərid Aslan
MİA.AZ