Trendyol Super Liqa komandalarından olan "Hatayspor"un baş məşqçisi Volkan Dəmirəl fevralın 6-da baş verən zəlzələnin ildönümü ilə əlaqədar açıqlama verib. 

Mia.az Türkyə mətbuatına istinadla xəbər verir ki, mətbuat konfransı təşkil edən Volkan Dəmirəl ötən ilin 6 fevralında baş verən zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət diləyib, yaxınlarına başsağlığı verib: "Onları hər zaman xatırlayacağıq. Bu klub və zəlzələ qurbanları üçün əlimdən gələni edəcəyəm".

Dəmirəl daha sonra azarkeşlərə müraciət edib: "Məni sevməyə bilərsiniz, rəhbərliyi bəyənməyə bilərsiniz. Amma "Hatay"ı, "Hatayspor"u sevin. Biz bu liqada çətin şəraitlə mübarizə aparırıq. "Hatayspor bura - Hataya niyə gəlmir" deməyin. Çünki şərait burada hələki uyğun deyil".

Fərid

MİA.AZ