Yunanıstan Superliqasının 21-ci həftəsində Fatih Terimin baş məşqçisi olduğu "Panatinaikos" əzəli rəqibi "Olimpiakos" üz-üzə gəlib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Panatinaikos" matçdan qalib ayrılıb - 2:0.
"Panatinaikos"un qollarını 25-ci dəqiqədə Bernard, 60-cı dəqiqədə isə Aleksandr Jeremejeff vurublar.
Bu nəticə ilə "Panatinaikos" xalını 47-yə yüksəldib, "Olimpiakos" isə 41 xalda qalıb.
Liqanın növbəti turunda “Panatinaikos” səfərdə “Panserraikos”u, “Olimpiakos” isə doğma meydanda OFI-nı qəbul edəcək.
21-ci həftədən sonra turnir cədvəlində ilk 4-lük belə sıralanıb:
1- PAOK (50)
2- AEK (48)
3- Panathinaikos (47)
4- Olimpiakos (41)
Fərid
MİA.AZ