Məşhur aparıcı Ece Erken daha əvvəl onu təhdid etdiyi üçün xəstəxanaya yerləşdirilən Erdal Çınarın yenidən ortaya çıxaraq onu hədələdiyini açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

Aparıcı Ece Erken bildirib ki, daha əvvəl onu və mərhum həyat yoldaşı Şafak Mahmutyazıcıoğlunu təhdid edən "dəli fanat"ı Erdal Çınar yenidən qapısının ağzında "yatır".

Ruhi xəstəxanadan çıxan Çınarın yenidən yaşadğı evə gəldiyini bildirən Ece Erken bu cür xəzasızlıq mühitinə üsyan edib: "Bu adam necə qapımın ağzına gələ bilər?! Niyə hələ də bayırdadır? Niyə ona şizofreniya diaqnozu qoyulub və müalicə olunmur? Erdal Çınar məni dağa qaçırmaqla təhdid edir".

Ece Erken növbəti paylaşımında "fanatı"nın fotosunu da paylaşaraq izləyicilərində xahiş edib: "Erdal Çınarı görənlər polisə xəbər versinlər".

Xatırladaq ki, iki il əvvəl həyat yoldaşı Şafak Mahmutyazıcıoğlunu silahlı hücumda itirən məşhur aparıcının şikayəti əsasında məhkəmə qərarı ilə ruhi xəstəxanaya yerləşdirilən Erdal Çınar bu günlərdə sərbəst buraxılıb.

Ləman

MİA.AZ