Ötən axşam "Trabzonspor"u 2:0 hesabı ilə məğlub edən "Beşiktaş"da matçdan sonra Daniel Amartey jurnalistlərin suallarını cavablandırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Daniel Amarteyin sözlərinə görə, onun üçün hansı mövqedə oynamağın fərqi yoxdur: “Mənim üçün fərqi yoxdur. İstənilən mövqedə oynaya bilərəm. Əsas odur ki, məşqçimizin məndən tələb etdiklərini düzgün yerinə yetirim".
Hazırda komandadakı vəziyyətə toxunan Amartey bildiriib ki, futbolda həmişə udmaq olmur: "Bəzən uduzursan, bəzən də qazanırsan. Bunlar futbolda baş verənlərdir. Çətin mövsüm keçirik. Düşünürəm ki, əlimizdən gələni etdik. Çalışırıq, bir-birimizə kömək edirik, yaxşı məşq edirik. Təbii ki, yaxşı olacaq. Çətin mövsüm keçiririk. Azarkeşlər bizdən həmişə qələbə gözləyirlər. Biz həmişə əlimizdən gələni etməyə çalışırıq".
Fərid
MİA.AZ