İngiltərə Premyer Liqasının 23-cü həftəsində "Arsenal" doğma meydanda "Liverpul"la üz-üzə gəlib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, “Emirates” stadionunda keçirilən qarşılaşmada “Arsenal” 14-cü dəqiqədə Bukayo Saka, 67-ci dəqiqədə Qabriel Martinelli və 90+2-ci dəqiqədə Leandro Trossardın qolları ilə rıəqibini 3 dəfə meydanın mərkəzinə dəvət edib.
"Liverpul" bu qolların yalnız birnə cavab verib. Belə ki, 45+3. dəqiqədə Qabriel Maqalhaes avtoqola imza atıb.
Onu da qeyd edək ki, "Liverpul"un futbolçusu İbrahima Konate 88-ci dəqiqədə ikinci sarıdan sonra qırmızı vərəqə ilə meydandan qovulub.
Beləliklə, ardıcıl 3-cü qələbə ilə xalını 49-a yüksəldən "Arsenal" lider "Liverpul"la xal fərqini 2-yə endirib. Bu nəticədən sonra iki oyun az keçirmiş 46 xala sahib "Mançester Siti"nin liderlik şansı artıb.
Fərid
MİA.AZ