Türkiyə superliqasının 24-cü həftəsində "Beşiktaş" doğma meydanda "Trabzonspor"la qarşılaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş hakim Arda Kardeşlərin idarə etdiyi derbidə "Beşiktaş" 2-0 qalib gəlib.
Oyunda heabı 44-cü dəqiqədə Semih Kılıçsoy açıb. 62-ci dəqiqədə o, qələbə qoluna da imza atıb.
Bu qələbədən sonra “Beşiktaş" 39 xalla 3-cü pilləyə yüksəlib.
"Trbazonspor"d isə 37 xalla 4-cü pilləyə yuvarlanıb.
Onu da qeyd edək ki, "Beşiktaş"a transferi gündəm olan Co Vorrall matçı tribunadan izləyib.
Fərid
MİA.AZ