"Pendikspor"un ara transfer dövründə "Fənərbağça"dan icarə əsasında heyətinə qatdığı hücumçu Umut Nayir rekorda doğru irəliləyir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, transfer olduğu "Pendikspor" forması ilə meydana çıxdığı 5 matçda 4 qol vurub.
O, "Pendikspor"un son turda "Adana Dəmirspor"u 2:1 hesabı ilə məğlub etdiyi oyunda da iikinci qola imza atıb.
Xatırladaq ki, "Pendikspor" hazırda 26 xalla 16-cı yerdədir.
Fərid
MİA.AZ