Türkiyə superliqa komandalarından olan "Atakaş Hatayspor" kamerunlu sol cinah oyunçusu Didye Lamkel Zeni icarəyə verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə "Hatayspor" klubu açıqlama yayıb.
Bildirilib ki, Didye Lamkel Zeni Fransa 1-ci liqa komandalarından olan "Metz"ə mövsümün sonunda satınalma şərti ilə icarəyə verilib: "Biz Didier Lamkel Zeyə komandada oynayarkən göstərdiyi səylərə görə təşəkkür edir, ona yeni klubunda uğurlar arzulayırıq".
Fərid
MİA.AZ