Türkiyədə illər əvvəl "Gəzi olayları" adı ilı məşhurlaşan aksiyada nümayişçilərə dəhrə (Türkiyədə "pala" deyirlər - Mia.az) ilə hücum etdiyi üçün "Palalı Sabri" olaraq tanınan Sabri Çələbi İstanbulda öldürülüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, İstanbulun Beyoğlu səmtində maşında gedərkən silahlı vurulub.
Məlumata görə, ağır yaralı halda xəstəxanaya aparılsa da. həkimlər onun həyatını xilas edə bilməyib: "Hazırda polis onu tapança ilə vuran şəxsi axtarır".
Xatırladaq ki, Gəzi etirazları zamanı nümayişçilərə pala ilə hücum edən Səbri Çələbi sonradan "fahişə biznesi" ittihamı ilə saxlanılsa da, bir müddət sonra sərbəst buraxılmışdı.
Firudin Səfərli
MİA.AZ