AFFA U-16 Liqasında keçirilmiş “Qəbələ” – “Qarabağ” matçında futbolçular arasında dava düşüb.
Mia.az xəbər verir ki, hadisə qarşılaşmanın ikinci hissəsində baş verib.
Meydan sahiblərindən Rəvan Poladlı və Əfqan Əliyev, Ağdam klubundan isə Rəşid Tariverdiyev ilə Abdulaziz Cabbarlı 57-ci dəqiqədə rəqibi vurduğuna görə qırmızı vərəqə ilə cəzalandırılıb.
Onların hər biri qarşıdakı 4 matçı buraxacaq.