Yunanıstan klubunun 1/4 final mərhələsindəki ilk oyunun revanşında “Atromitos”la qarşılaşan Fatih Terimin sükanı arxasında olduğu “Panatinaikos” yarımfinala yüksəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ilk oyunda 2-1 uduzan Terimin yetirmələri cavab oyununda 2-0 hesabı ilə qalib gəliblər.

"Panatinaikos"a tur atladan qolları 35-ci dəqiqədə Ruben Peres, 90+5-ci dəqiqədə isə Filip Mladenoviç vurublar.

"Panatinaikos" yarımfinalda PAOK - "Panserraikos"un qalibi ilə qarşılaşacaq.

Fərid

MİA.AZ