İstanbulda iş adamı Hakan Cengiz və həyat yoldaşı Zehra Cengizin olduğu avtomobilə silahlı hücum olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sui-qəsd planında Cengiz və xanımı xəsarət almasa da, başından güllə yarası alan sürücü Məhəmməd Yaşar ağır yaralanıb.

Məlumata görə, o, xəstəxanada reanimasiyaya yerləşdirilib.

Polis faktı araşdırır.

Firudin Səfərli

MİA.AZ