Son həftələr "Beşiktaş"da vurduğu qollarla diqqəti özünə cəlb edən 18 yaşlı Semih Kılıçsoy Avropa klublarının radarına düşüb.
Mia.az Türkiiyə mətbuatına istinadla xəbər verir ki, gənc mərkəz hücumçusu ilə "Tottenham", "Aston Villa", "Borussia Dortmund" və "Ajaks" yaxından maraqlanmağa başlayıb.
Xatırladaq ki, Semih Kılıçsoy bu mövsüm 10 matçda "Beşiktaş"ın formasını geyinib. O, bu matçlarda 5 qol vurub, 1 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ