Türkiyə Super Liqasında bu gün "Qalatasaray" öz meydanında "Qaziantep FK" ilə qarşılaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "RAMS Park"da baş hakim Arda Kardeşlərin idarə etdiyi matçda Qalatasaray 2-1 qalib gəlib.
Oyunda "Qaziantep FK 29-cu dəqiqədə Arda Kızıldağın qolu hesabı açıb. "Qalatasaray"ın qollarını isə 72-ci dəqiqədə Zaha və 89-cu dəqiqədə Barış Alper Yılmaz vurub.
Bununla da “Qalatasaray” 60 xalla lider “Fənərbaxça”n təqibini davam etdirib.
"Qaziantep FK" isə 23 xalla 17-ci pillədə qalıb.
Fərid
MİA.AZ