Türkiyənin Qaziantep şəhərində Halil Çağlar adlı şəxs boşanma ərəfəsində olan həyat yoldaşının atasının evinə basqın edərək, dəhşət saçıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qaziantepin Nizip rayonunda boşanma mərhələsində həyat yoldaşının evinə gedən Halil Çağlar həyat yoldaşının ailəsini güllə yağmuruna tutub.
Məlumata görə, Halil Çağlar həyat yoldaşı Yüksel Çağları, qayınları Mehmet və Ahmet Oymakları tapança ilə qətlə yetirib, qızı Nimet və baldızı Adile Öyməki isə ağır yaralayıb.
Daha sonra maşını ilə hadisə yerindən qaçan Halil Şanlıurfanın Birecik rayonunda polislər tərəfindən həbs ediləcəyini gördükdə isə tapança ilə başına atəş açaraq intihar edib.
Tahir Şəlvəli
MİA.AZ