Daha bir jurnalist və ailəsi həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Fələstinin rəsmi agentliyi WAFA yayıb.

Məlumata görə, İsrail döyüş təyyarələri Qəzzanın mərkəzi hissəsindəki Əl-Zəvayidə bölgəsində jurnalist İsam əl-Lulunun evini vurub.

Nəticədə jurnalistlə yanaşı, xanımı, oğlu, gəlini və nəvəsi həlak olublar.

Bununla da İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına hücumları nəticəsində həlak olan jurnalistlərin sayı 121-ə çatıb.

Firudin Səfərli

MİA.AZ