Yunanıstan Liqasında çempionluq uğrunda mübarizə aparan Fatih Terimin komandası "Panatinaikos" əsas rəqiblərindən olan PAOK-la qarşılaşmadan məğlub ayrılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, səfərdə baş tutan oyunda 2:1 uduzan "Panatiniakos"un baş məşqçisi Fatih terimlə ev sahibi komandanın baş məşqçisi, vaxtilə "Qalatasaray", "Beşiktaşç" və "Fənərbağça"da baş mşqi olmuş Mirça Luçeskunun oğlu Razvan Luçesku arasında gərginlik yaşanıb.
Məlumata görə, tərəflər aarsnda mübahisə az qala əlbəyaxa dava həddinə çatıb.
Xəbərə görə, olaya polis müdaxilə edəərk, tərfləri sakitləşdirib.
Fatih Terimin köməkçisi Necati Ateş bu hadisəyə görə sarı vərəqə alıb.
Yunanıstan Futbol Federasiyasından bildirilib ki, məsələyə qiymət veriləcək.
Fərid Aslan
MİA.AZ