"Fənərbağça" Trendyol Superliqasının 23-cü həftəsində qonaq olduğu "MKE Ankaragücü" ilə qarşılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu "döyüş"də qalib gəlib - 2:1.

Qarşılaşmada ilk qolu 13-cü dəqiqədə Tolga Ciğerci penaltidən vurub.

Lakin cəmi 7 dəqiqə sonra "Fənərbağça"a Cengiz Ünderin qolu ilə hesaba tarazlıq gətirib - 1:1.

32-ci dəqiqədə Cengiz daha qol vurub - 2:1.

Oyun bu hesabla başa çatıb.

İstanbul komandası bu qələbə ilə xalını 60-a yüksəldib vıə liderlik mövqeyini qoruyub.

Ankara komandası 28 xalla daha çox matçla 11-ci pillədə qalıb.

Onu da qeyd edək ki, İstanbul klubunun yeni transfer elədiyi müdafiəçi Çağlar Söyüncü matçı tribunadan izləyib.

Fərid

Mia.az