"Fənərbağça"dan "Mançester Yunayted"ə transfer olunan türk qapçı Altay Bayındır yeni komandası ilə ilk matçına çıxıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Altay Bayındırın qapısını qoruduğu "Mançester Yunayted" İngiltərə Federasiya Kubokunda "Nyuport"la oyundan qalib ayrılıb - 4:2.

Qarşılaşmaya ilk 11-də başlayan Altay Bayındır matçda 4 önəmli qol epizodunun qarşısını alsa da, iki qol buraxıb. 

Bu nəticə ilə "Mançester Yunayted" adını növbəti mərhələyə yazdırıb.

Fərid

Mia.az