Türkiyə Super Liqasının 23-cü turunda "EMS Yapı Sivasspor"la "Beşiktaş" bu gün "döyüşüb".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş hakim Ali Şansalanın idarə etdiyi oyunda "Sivasspor" qalib gəlib - 1:0.

Oyundakı yeganə qolu qolu 6-cı dəqiqədə Rey Manaj vurub. 

Bu nəticədən sonra meydan sahibləri 29 xalla 10-cu pilləyə yüksəlib, "Beşiktaş" isə 36 xalla 4-cü yerdəki mövqeyini qoruyub.

Fərid

Mia.az