Trendyol 1-ci Liqa komandalarından olan "Ümraniyespor" baş direktor vəzifəsinə gətirdiyi keçmiş fransız futbolçu Nikolas Anelka ilə bu gün bir illik müqavilə imzalayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, imza mərasimində Nikolas Anelka ilə yanaşı "Ümraniyespor"un prezidenti Ömür Aydın və klubun idman direktoru İbrahim Dağaşan da iştirak edib.
Anelka çıxışına çox xoşbəxt olduğunu və "Ümraniyespor"un inkişafını səbirsizliklə gözlədiyini vurğulayıb: "Düşünürəm ki, klubun fəlsəfəsi və düşüncəsi çərçivəsində görüləcək çox iş var. Təcrübələrimlə "Ümraniyespor"a və Türkiyə futboluna nəsə töhfə verə biləcəyəmə əminəm. İnanıram ki, biz daha yaxşısını, daha çoxunu edə bilərik. Bu, asan olmayacaq, çox çalışmaq lazımdır. Amma buna nail olacağımıza əminəm. Səbrli olmaq lazımdır. Mən bura uzunmüddətli planlar üçün gəlmişəm. Əminəm "Ümraniyespor" olaraq Super Liqaya çıxmaq üçün çox istəkliyik. Qarşıdakı 5 matç b bizim üçün çox vacibdir. Bu matçlara yaxşı konsentrasiya olmalıyıq. Bundan sonra nə olacağını birlikdə görəcəyik. Bu, asan olmayacaq, amma uğur qazanacağıq”.
Məşhur keçmiş futbolçu daha sonra deyib: "İstanbuldayam, Türkiyədəyəm. Türkiyəni çox sevirəm. İnsanlar məni tanısa, Türkiyəni nə qədər çox sevdiyimi bilirlər. "Fənərbaxça"da oynadığım müddətdə burada çox ulduzlar gördüm. Hələ də çox böyük futbolçular Türkiyəyə gəlir və buna çox sevinirəm. Bu, Türkiyə futbolunun səviyyəsini yüksəldir. Superliqanın keyfiyyəti baxımından xaricdə də yaxşı imic verir".
Fərid
MİA.AZ